Yaponiya XİN rəhbəri İsrail və Fələstinə gedir

Yaponiya XİN rəhbəri İsrail və Fələstinə gedir

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava İsrail, Fələstin və İordaniyaya səfər edəcək.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri xanım Kamikavanın səfəri 2-5 noyabr tarixlərində baş tutacaq.

Yaponiyanın top diplomatı bu ölkələrin yüksək səviyyəli rəsmiləri ilə görüşərək Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.

Nazirliyin “X” hesabında paylaşımında qeyd olunub ki, yaponiyalı nazir Ramallahda görüşündə, həmkarına Yaponiyanın Qəzza zolağı da daxil olmaqla Fələstinə dəyişməz dəstəyini ifadə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 14 =