Yaponiyada gözlənilən fəlakət: Turizm sektorunda kütləvi geriçəkmə

Yaponiyada gözlənilən fəlakət: Turizm sektorunda kütləvi geriçəkmə

Yapon komiksində – manqada yer alan bir proqnoz Yaponiyaya səyahət etməyi planlaşdıran turistləri qorxudub.

Ryo Tatsukinin 1999-cu ildə nəşr olunan “Gördüyüm gələcək” adlı manqasında 2011-ci ilin mart ayında Yaponiyada baş verəcək bir fəlakət öncədən təsvir olunmuşdu. Həqiqətən də həmin vaxt Tohoku regionunda güclü zəlzələ baş verdi və 20 mindən çox insan həlak oldu.

Dörd il əvvəl bu komiks tam versiyada yenidən nəşr olundu və orada 2025-ci ilin iyulunda baş verəcək böyük bir fəlakətdən bəhs olunur. Bu səbəbdən xarici turistlər Yaponiyaya olan turlarını kütləvi şəkildə ləğv edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 2 =