Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Yaşlı nəslə hörmətli münasibəti ilə tanınan Yaponiyada qeyri-adi bir xidmət yaranıb. Belə ki, artıq turistlər və yerli sakinlər birgə vaxt keçirmək üçün təqaüdçüləri icarəyə götürə bilirlər.
“Sliva/İrkutsk” “Telegram” kanalının verdiyi məlumata görə, “Ossan Rental” adlanan yeni xidmət ölkədə sürətlə populyarlıq qazanır.
Elanda deyilir ki, saatda ¥1000 (təxminən 12 manat) ödəniş müqabilində zəngin həyat təcrübəsinə malik bir yoldaş əldə etmək mümkündür.
“Yaşlı insanlar balıq tutmaq, alış-veriş etmək və ya məşq etmək üçün məmnuniyyətlə yoldaşlıq edəcək, müdrikliklərini və həyat hekayələrini bölüşəcəklər” , – deyə elanda vurğulanır.
Bildirilir ki, bu xidmət dərhal iki problemi həll edir: Darıxan təqaüdçülər boş vaxtlarını dəyərləndirir və əlavə gəlir əldə edirlər, turistlər və yerli sakinlər isə bələdçilərlə müqayisə edilə bilməyən unikal ünsiyyət təcrübəsi qazanırlar.