Yaponiyada mikroavtobus dərəyə düşüb, 9 uşaq yaralanıb

Yaponiyada mikroavtobus dərəyə düşüb, 9 uşaq yaralanıb

Yaponiyada məktəb mikroavtobusu xəndəyə düşüb.

Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Bildirilib ki, hadisə Yaponiyanın Niiqata prefekturasında baş verib. Yol qəzası nəticəsində ən azı 9 məktəbli uşaq yaralanıb.

Sürücü polisə vəhşi heyvanın qəfildən yola qaçdığını deyib. Onun yanından keçmək istəyəndə sürücü idarəetməni itirib.

Doqquz uşağın hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =