Yaponiyada qar üç nəfərin ölümünə səbəb olub

Yaponiyada qar üç nəfərin ölümünə səbəb olub

Yaponiyanın Niiqata prefekturasına yağan güclü qarın təsiri nəticəsində azı 3 nəfər ölüb, 23 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə prefektura administrasiyası məlumat yayıb.

Ölən və yaralananların əksəriyyəti qar təmizləyən və yıxılaraq xəsarət alan yaşlı insanlardır.

Qeyd olunub ki, prefekturada 4 300-ə yaxın ev elektrik xətlərinin qırılması səbəbindən işıqsız qalıb.

Yapon dənizi sahillərinə keçən həftənin sonundan güclü qar yağır. Aomori, Niiqata, Fukusima və Yamaqata kimi bəzi prefekturalarda qarın qalınlığı bir-iki metr olub ki, bu da ilin bu vaxtı üçün rekord göstəricidir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fifteen =