Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib

Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin​ və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı​ ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, dağılmış istinad divarları və iri torpaq ​ layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması​ yaransa da, sonradan aradan qaldırılıb.

Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafi​q dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə​ təmir-bərpa işlərinə başlanacaq.

Torpaq sürüşməsinə son günlər rayon ərazisində davam edən intensiv yağıntıların səbəb olduğu bildirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =