“Yasin” surəsinin qəlbi hansı ayədir?

“Yasin” surəsinin qəlbi hansı ayədir?

Mübarək “Yasin” surəsi – Quranın ürəyidir. Bu surədə elə ayə mövcuddur ki, həmin ayə bu surənin ürəyi hesab olunur. İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin qəlbi vardır. Quranın qəlbi “Yasin” surəsidir”.

Alimlərin nəzərinə görə bu ayələr “Yasin” surəsinin ürəyi hesab olunur:

1. Yasin surəsinin son ayəsi. “Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız”.

Bu ayə Allahın kamil hökmran olmasına işarə etdiyi üçün, “Yasin” surəsinin ürəyi hesab edilmişdir.

2. Bəzi alimlərin nəzərinə görə “Yasin” surəsinin ürəyi 58-ci ayədir. “(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür. (Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər)”.

Bəzi mənbələrdə məhz bu ayə “Yasin” surəsinin ürəyi hesab olunur.

Bunu qeyd etmək lazımdır ki, bu ayələr barəsində hədislər mövcud deyildir, bunu təfsirçilər tərəfindən belə təyin edilmişdir. Yəni, təfçirçilərin rəyi əsasında təyin edilmişdir. (Beytutə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =