“Yaşlandıqca hərəkətdə qalmaq həyati əhəmiyyət daşıyır – ÜST

İnsan yaşa dolduqca onun fiziki aktivliyə ehtiyacı daha çox artır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı sənəddə qeyd olunur.
ÜST yaşlı insanlara həftədə ən azı iki dəfə güc məşqləri etməyi, üç dəfə bədən balansı məşqlərinə vaxt ayırmağı, həmçinin, aerobika məşqlərinə həftədə azı 150 dəqiqə zaman ayırmağı tövsiyə edir.
Bütün bunlar sağlamlığı qorumağa, xəstəlik riskini azaltmağa və aktiv ömrü uzatmağa kömək edir. Belə ki, məşq etmədən 80 yaşa qədər ümumi əzələ kütləsinin yarısı itirilə bilər. Bu isə öz növbəsində hərəkətliliyi azaldır, gündəlik həyatı çətinləşdirir, yıxılma və erkən ölüm riskini artırır.