Yaxın günlərdə Azərbaycana meymunçiçəyi testləri gətiriləcək
Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub. Artıq həmin testlər ÜST-ün Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək.
BAKU.WS