Yaxın günlərdə Bakıda güclü külək əsəcək – PROQNOZ

Yaxın günlərdə Bakıda güclü külək əsəcək – PROQNOZ

“Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzunmüddətli isti hava dalğası qeydə alınıb”.

Bunu “oxu.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, avqustda havanın temperaturu orta hesabla iqlim normasından 5 dərəcə yüksək olub:

“Zəif cənub-şərq, cənub küləyi üstünlük təşkil edirdi. Hava Abşeron yarımadasında bürkü idi”.

U.Tağıyeva qeyd edib ki, ötən gün axşama doğru ölkə ərazisinə Azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi, xəzri əsdi:

“Respublikanın bir sıra rayonlarında güclü külək əsib. Küləyin maksimal sürəti Tovuzda 30, Tərtər və Gəncədə 28 m/s olub.

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/s olub. Gündüz saatlarında külək bir qədər mülayimləşəcək, amma axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürətinin 25-30 m/s olacağı proqnozlaşdırılır. Sentyabrın 4-də səhər külək mülayimləşəcək”.

U.Tağıyeva qeyd edib ki, sentyabrın birinci ongünlüyündə daha çox sərin hava şəraiti üstünlük təşkil edəcək:

“Sentyabrın 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonunadək arabir güclənən şimal küləyinin üstünlük təşkil etməsi gözlənilir. Havanın temperaturu paytaxtda 28-31 dərəcədən yüksək olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =