Yaxın Şərqdəki nüvə mərkəzlərinə hücum təhlükəsi barədə xəbərdarlıq

Yaxın Şərqdəki nüvə mərkəzlərinə hücum təhlükəsi barədə xəbərdarlıq

Rusiya xarici işlər nazirinin müavini Yaxın Şərqdəki nüvə obyektlərinə hücumun çox təhlükəli olduğunu vurğulayaraq deyib: Amerika orta mənzilli raketlərini haradasa yerləşdirsə, Moskva bu raketlərin yerləşdirilməsini qadağan edən sazişin dayandırılmasından imtina edəcək.

Təsnim İnformasiya Agentliyinin “Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Rybakov Yaxın Şərq regionunda nüvə obyektlərinə hücumun pis nəticələr verəcəyini qeyd edərək ABŞ-ın uzunmüddətli dəstəyi İsrailin İrana və digər ölkələrə qarşı “həddən artıq sərt” mövqelər tutmasına səbəb olduğunu vurğulayıb.

Rybakov həmçinin deyib: Son vaxtlar nüvə obyektlərinin “birbaşa hərbi qarşıdurma üçün deyilsə, psixoloji informasiya müharibəsi üçün alət” kimi istifadə edilməsi tendensiyası yaranmağa başlayıb. Bu,məqbul həddi zəiflədəcək dərəcədə  çox təhlükəli bir yoldur

Rybakov xatırladıb ki, İsrailin İranın nüvə obyektlərinə hücumu ehtimalının müzakirəsi və təbii ki, Ukrayna qüvvələrinin Zaporojye AES-nə hər gün hücumları Amerikanın arxasında gizlənən ölkələrdə təhlükəsizlik, hərbi və siyasi səhlənkarlığın çiçəkləndiyini göstərdiyi üçün bu vəziyyətə son qoyulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 4 =