Yaxınları Qarabağda öldürülən 100-dək erməni hərbçinin meyitini götürmür

Yaxınları Qarabağda öldürülən 100-dək erməni hərbçinin meyitini götürmür

Ermənistanda Qarabağda 44 günlük müharibə zamanı həlak olan 100-ə yaxın hərbçinin yaxınları şəxsiyyəti müəyyən edilmiş meyitləri dəfn etməkdən imtina edir.

Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın yazılı sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qalıqlar DNT testi üçün xaricə göndərilmişdi.

“Martın 21-nə olan məlumata görə, məhkəmə-tibbi ekspertizasının nəticələrinə baxmayaraq, 100-ə yaxın erməni hərbçinin yaxınları onların qalıqlarını götürməkdən və basdırmaqdan imtina edir”,- deyə komitədən bildirilib.

Xaricdə müayinə ilə bağlı komitədən bildirilib ki, Ermənistan Səhiyyə Nazirliyi ilə itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında Əməkdaşlıq Sazişi çərçivəsində 2021-ci ilin avqust ayında 53 kompleks nümunə əlavə müayinə üçün Niderlanda göndərilib. Bundan əlavə, 2021-ci ilin noyabr ayında daha 47 kompleks nümunə əlavə analiz üçün Niderlanda göndərilib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =