Yediot Aharnot: Suriyadakı İsrail əsgərləri qəfil hücumlardan qorxur
Yediot Aharnot qəzeti Suriyadakı olmasına İsrail əsgərlərinə istinadən onların qəfil raket və minaatan hücumlarından həddən artıq çox qorxduqlarından yazır.
İRNA-nın verdiyi məlumata görə, sionist rejimin zabitləri hazırkı sülh və sürətli irəliləyişə baxmayaraq, Suriyada olmanın təhlükələri barədə xəbərdarlıq ediblər.
Yediot Aharnot yazır: Suriyada qalmağın mənası yoxdur və vəziyyətin pisləşməsi an məsələsidir.
Bu medianın hərbi məsələlər üzrə analitiki Yoav Zeitoun deyib: Münaqişəsiz dinc bir həftədən sonra iki insident baş verdi. Təbii ki, bu son hadisə deyil. Çünki İsrail ordusunun hücumlarına etiraz edən suriyalı nümayişçilər arasında qarşıdurmalar qaçılmazdır.