Yediot Aharonot: İsrail ordusu Qəzzada bufer zona yaradıb
Yediot Aharonot qəzeti İsrail ordusunun Qəzza zolağında bufer zona yaratmaq üçün atılan addımların çoxunu tamamladığını qeyd edərək bu zonaya daxil olan hər kəsi atəşə tutacağını açıqlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Yedioth Aharonot qəzeti bu gün (3 dekabr) bufer zonasının barrikadanın içərisində və İsraillə sərhədə yaxın bir ilə iki kilometr arasında dərinlikdə olduğunu və ordunun bu bufer zonada qabaqcıl müşahidə sistemlərinin quraşdırılmasını başa çatdırdığını bildirib.
Bununla əlaqədar, işğalçı ordu sakinlərdən Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin ərazilərini boşaltmağı xahiş edib.
Associated Press fevralın əvvəlində peyk görüntülərinə əsasən Qəzza zolağının kənarında bir kilometr dərinlikdə İsrail qüvvələrinin yeni söküntü əməliyyatları gedir. Bu xəbər beynəlxalq etirazlara və xəbərdarlıqlara da səbəb olmuşdu.