Yedioth: Tramp administrasiyası Qəzzaya hücumun yolunu bağlayıb

Sionist medialarə İsrail ordusunun Qəzzaya yenidən hücumu, Tel-Əvivin danışıqlara əngəllər yaratma ehtimalının artması ilə Tramp administrasiyası rejimin xəbəri olmadan Həmasla əlaqə saxlamağa və danışmağa qərar verməsindən yazır.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Tramp administrasiyası nümayəndələrinin Qəzzada iki millətli məhbuslarla bağlı Həmas liderləri ilə görüşməsi xəbəri İbrani mediasında gündəmə çevrilib və “Yedioth Ahronoth” dünən gecə (6 mart) Tramp nümayəndələrinin Dohaya getdiyini və İsrailə məlumat vermədən Həmas rəsmiləri ilə görüşdüyünü yazıb.
Qəzet Amerika rəsmilərinə istinadən yazır: İsrail rejimi keçən həftə başlaması lazım olan atəşkəsin ikinci raunduna nail ola bilməməsindən sonra bu görüş və danışıqları İsraildən gizlədilib. İsrail rejimi məsələdə heç bir təsirə malik olmadan Qəzzanın gələcəyi ilə bağlı xeyli irəliləyiş əldə edilməsindən narahatdır. Elə bu səbəbdən də Ağ Evlə təmasda olaraq bu görüşdə və məzmununda qəzəbini ifadə edib.
Məlumata görə, Vaşinqtonun Həmasla danışıq qərarı Netanyahunun Qəzzaya hərbi əməliyyat və hücuma keçmək yolunu bağladı. Bundan sonra Trampın nümayəndəsi Uittaker bu barədə ictimaiyyətə xəbərdarlıq edib. Çünki Tramp İsrailin Qəzzaya yenidən hücumu ilə bütün nailiyyətləri və danışıqları məhv edəcəyindən qorxur.