Yeni 761 at gücündə hiper-SUV gəlir

Yeni 761 at gücündə hiper-SUV gəlir

ABŞ-nin avtomobil istehsalçısı “Rezvani Motors” yeni modeli barədə məlumat təqdim edib.

Tamötürücülü hiper-SUV “Knight” (“Cəngavər”) adlandırılıb.

Hazırda avtomobil üçün 500 dollarlıq geri qaytarıla bilən depozitlə sifarişlər qəbul edilir. Tam təqdimatın isə yaxın həftələrdə keçiriləcəyi bildirilir.

“Cəngavər” tamamilə yeni karbon gövdə ilə təchiz edilib. Kapotun altında gücü 761 at qüvvəsinə malik, ikiturbolu V8 mühərrik quraşdırılıb. Müqayisə üçün, artıq istehsaldan çıxarılmış “Lamborghini Urus Performante”nin gücü 666 at qüvvəsi idi.

Bildirilir ki, “Rezvani Knight” 100 km/saat sürətə 3 saniyəyə çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 19 =