Yeni fırıldaq sxemi – Telegram hesabları necə oğurlayırlar…

Yeni fırıldaq sxemi – Telegram hesabları necə oğurlayırlar…

Fırıldaqçılar Telegram “dəstək xidmətinin” mesajlarından istifadə edərək hesabları oğurlamağa başlayıb.

Kibercinayətlərə qarşı mübarizə texnologiyalarının yaradıcısı olan F.A.C.C.T şirkətindən bildiriblər ki, fırıldaqçılar yeni sxemdən istifadə edirlər.

Sxemin mahiyyəti messencerdə hesabı silmək üçün ərizənin doldurulması ilə bağlı məlumatlarla mesajlar göndərməkdir: dələduzlar dəstək xidməti adı altında xüsusi forma vasitəsilə proseduru ləğv etməyi təklif edirlər.

Hesab sahibi linki izləyərək Telegram dizaynını təkrarlayan fişinq resursuna düşür və orada ondan telefon nömrəsi və təhlükəsizlik kodunu daxil etməsi tələb olunur. Bundan sonra fırıldaqçılar hesaba nəzarəti ələ keçirərək yazışmalara giriş əldə edir, həmçinin qurbanın kanalının idarəçiliyini ələ keçirirlər.

Şirkət vurğulayır ki, üçüncü tərəflər hesabın silinməsini tələb edə bilməz, yalnız istifadəçilərin özləri bunu parametrlərdə deaktiv edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =