Yeni mənzil alanlar da ƏDV-ni geri ala biləcəklər: ŞƏRTLƏR VƏ QAYDALAR

Yeni mənzil alanlar da ƏDV-ni geri ala biləcəklər: ŞƏRTLƏR VƏ QAYDALAR

Bu məsələdə hökümətin əsas məqsədini Publika.az-a açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, dövlət bununla tikinti sektorunun şəffaflaşdırılmasını və rəsmilədirilməsini həyata keçirmək istəyir:

“Dövlət yeni tikilən binalardan mənzil alış-verişini tam rəsmi və şəffaf şəkildə həyata keçirir ki, sonradan tikinti şirkətlərinin aldığı materiallar da rəsmiləşdirilə bilsin. Bunun üçün də dövlət alıcıların marağını bu sahəyə cəlb etməyə çalışır. Digər bir məqsəd isə, insanları bu sahəyə maraqlı etmək, həm ölkədə nəğdsiz hesablaşmaları genişləndirmək, həm də şəffaflığı artırmaq istəyir”.

Onun sözlərinə görə, “ƏDV geri al” layihəsinin tikinti sektorunda tətbiqinin müəyyən qaydaları var:

“Birincisi, yeni bina olmalı və təkrar mənzil bazarına daxil olmamalıdır. İkincisi, nağdsız köçürmə vasitəsilə ödəniş edilməlidir. Belə ki, əgər alıcı nəğdsiz ödəniş edirsə, bu, artıq layihənin əhatə dairəsinə düşməyəcək. Üçüncüsü, burada müəyyən kvadrata qədər məhdudiyyət qoyulub, Belə ki, 500 kvadrata qədər mənzil alınırsa, deməli layihədə iştirak etmək olar”.

Yeni tikilən binadan mənzil almağın növbəti qaydası barədə də məlumat verən ekspert bildirdi ki, əgər alıcı aldığı mənzilin məbləğini tam ödəyirsə, layihəyə qoşula bilir:

“Əgər bir hissəsini ödəyib, digər hissəsini kredit şəklində ödəyəcəksə, ödəmə prosesi başa çatandan sonra layihəyə müraciət edə bilər. Vətəndaş mənzili alandan sonra 3 ay müddətində müraciət edilir və 1 ay ərzində müvəkkil banklar vasitəsilə geri alınacaq ƏDV hesaba köçürülür, yaxud da müvəkkil bankdan geri alır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =