Yeni yaradılan müqavimət qrupu, Ərbilə edilən hücumun məsuliyyətini öz üzərinə götürdü

Yeni yaradılan müqavimət qrupu, Ərbilə edilən hücumun məsuliyyətini öz üzərinə götürdü

Sizinyol-un verdiyi məlumata görə yeni yaradılan İraq müqavimət qrupu “Saraya Ovliya Əd-Dəm”, Ərbilə edilən raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qrupun “Sabrin News” teleqram kanalında yayımladığı bir bəyanatda deyilir: “Biz işğalçıların Ərbildəki bazasına (Əl-Hərir) 7 km yaxınlaşaraq 24 raketlə onlara ağır zərbələr endirdik və işğalçıların zenit sisteminin onları tuta bilməməsi səbəbindən raketlər dəqiq öz hədəflərinə dəydi.”

Yeni yaradılan İraq müqavimət qrupu vəd verdi: “Şəhid liderlərin intiqamını almaq istəyinizi yerinə yetirəcəyimizə və Amerika işğalçılarının heç bir yerdə, hətta Kürdüstanda da təhlükəsiz olmayacağına dair səbirli xalqımıza verdiyimiz əhdi yeniləyir və başqa bir əməliyyat vədəsini də onlara veririk.”

Bazar ertəsi axşam, xəbər mənbələri Ərbil beynəlxalq hava limanındakı bir ABŞ bazasının raket hədəfinə alındığını xəbər veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 2 =