Yeni Zelandiya “Hizbullah”ı terror təşkilatları siyahısına daxil edib

Yeni Zelandiya hökuməti Livanın “Hizbullah” təşkilatına terror təşkilatı statusu verib.
Bu barədə RNZ radiostansiyası məlumat yayıb.
Baş nazir Kristofer Klakson vurğulayıb ki, hakimiyyət “Hizbullah”ı terror təşkilatı siyahısına daxil etmək üçün bütün lazımi sübutlara malik idi. Bundan əlavə, bütün lazımi hüquqi prosedurlara əməl edilib.