Yeni Zelandiyada naməlum şəxs supermarketdə insanlara hücum edib

Yeni Zelandiyada naməlum şəxs supermarketdə insanlara hücum edib

Yeni Zelandiyanın cənubundakı Danidin şəhərində naməlum şəxs bıçaqla supermarketdə insanlara hücum edib, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Bu barədə yerli “RNZ” radiosu məlumat yayıb.

“Countdown” mağazasının meneceri Kiri Hannifin faktı təsdiqləyib, o hadisə nəticəsində xəsarət alanlardan ikisinin supermarketin əməkdaşı olduğunu bildirib.

Təcili yardım xidməti beş nəfərin Danidin xəstəxanasına yerləşdirildiyini, üçünün vəziyyətinin ağır olduğunu xəbər verib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + sixteen =