Yens Stoltenberq: NATO Əfqanıstanda baş verən fəlakətin səbəblərini araşdıracaq

Yens Stoltenberq: NATO Əfqanıstanda baş verən fəlakətin səbəblərini araşdıracaq

NATO, Əfqanıstandakı beynəlxalq missiyanın uğursuz sona çatmasının səbəblərini hərtərəfli araşdırmaq üçün bir proses başladıb.

Bunu alyansın baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetində dərc olunan məqaləsində qeyd edib.

“Həqiqətən, özümüzə vicdanla soruşmalı olduğumuz bəzi mürəkkəb suallar var. Bundan nəticə çıxarmalıyıq. NATO daxilində artıq hərtərəfli araşdırmaya başlanılıb. Nəticələri qiymətləndirmək hələ tezdir, amma mənim fikrimcə, açıq-aşkar özünü biruzə verən bəzi məqamlar var”, – Stoltenberq bildirib.

Onun sözlərinə görə, son həftələrdəki hadisələr əfqanlar üçün faciəli oldu və onları dəstəkləyən hər kəsi sarsıtdı.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =