Yer kürəsi “nəfəs alır”: Yeni termal fenomen kəşf edildi

Yer kürəsi “nəfəs alır”: Yeni termal fenomen kəşf edildi

Alimlər ilk dəfə olaraq “kabus” şleyfinin – Yerin dərinliklərindən səthə doğru yüksələn, lakin vulkanik aktivlik yaratmayan isti maqma axınının əlamətlərini qeydə alıblar.

Bu barədə “Earth and Planetary Science Letters” jurnalında dərc edilən elmi məqalədə məlumat verilib.

Araşdırmalara görə, “Dani şleyfi” adlandırılan qeyri-adi geoloji struktur Omanın şərqində aşkar olunub. İlk siqnallar seysmik tədqiqatlar nəticəsində əldə edilib. Həmin ərazidə seysmik dalğaların sürətinin azalması süxurların daha isti və yumşaq olduğunu göstərib.

Əlavə ölçmələr göstərib ki, 410-660 kilometr dərinlikdə olan təbəqələrdə parçalanmalar mövcuddur. Bu isə mantiyadakı şleyflərə xas xüsusiyyətdir.

Mütəxəssislərin hesablamalarına əsasən, bu şleyfin diametri 200-300 km, temperaturu isə ətraf mantiyadan 100-300°C yüksəkdir. Bildirilir ki, “Dani şleyfi” onmilyonlarla ildir mövcuddur və təxminən 40 milyon il əvvəl Hindistan tektonik plitəsinin hərəkətinə təsir göstərib. Alimlər hesab edirlər ki, struktur hazırda da Oman ərazisinin yüksəlməsinə səbəb olur.

Tədqiqatçılar bildirirlər ki, bu cür şleyflərin varlığı Yer kürəsinin daxilində daha çox belə gizli istilik kanallarının olduğunu göstərə bilər. Bu isə planetin istilik dövriyyəsi modellərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + sixteen =