Yerixo şəhəri səkkizinci gündür ki, sionistlərin mühasirəsindədir

Yerixo şəhəri səkkizinci gündür ki, sionistlərin mühasirəsindədir

İsrail ordusu ardıcıl səkkizinci gündür ki, İordan çayının qərb sahilindəki Yerixo şəhərini mühasirəyə alıb.

  Fələstinin yerli mənbələri sionist qüvvələrin şəhərin giriş və keçidlərində hərbi tədbirləri gücləndirərək ardıcıl səkkizinci gündür ki, Yerixo şəhərini mühasirəyə aldıqlarını bildiriblər.

Fələstin mediası bildirib ki, sionist qüvvələr hərbi sədlər qoyaraq, vətəndaşların avtomobillərini və şəxsiyyət vəsiqələrini yoxlayaraq bu şəhərin əsas və ikinci dərəcəli girişlərini bloklamaqda davam edirlər.

Sionist rejimin əsgərləri Yerixonun şimal girişində və bu şəhərin cənub girişində, Uqbə Cəbr düşərgəsi və onun şərq girişində (Əl-Bəvabəs-Səfra) yaxınlığında hərbi maneələr yerləşdiriblər.

Fələstinin “Səma” saytının xəbərinə görə, işğalçı rejim əsgərləri son vaxtlar fələstinliləri kollektiv şəkildə cəzalandırmaq üçün keçidləri bağlamaq və Fələstinin şəhər və qəsəbələrinin girişlərində hərbi tədbirləri gücləndirmək siyasəti həyata keçiriblər.

Bununla bağlı 2021-ci ildə “Aric” Tətbiqi Tədqiqat İnstitutu “İşğalçı rejimin Fələstin vətəndaşlarının İordan çayının qərb sahilindəki şəhərlərində hərəkətinə tətbiq etdiyi məhdudiyyətlərin iqtisadi və ekoloji təsirlərinin qiymətləndirilməsi” adlı araşdırma dərc edib.

Araşdırmada fələstinlilərin işğalçı rejimin hərbi maneələri və keçidlərin bağlanması nəticəsində hər il təxminən 60 milyon saatlıq işini itirdiklərini və bu da onların ildə təxminən 270 milyon dollar itkisinə səbəb olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 3 =