Yevlaxda çobanın öldüyü ərazidən 17 kasetli bomba TAPILDI

Yevlaxda çobanın öldüyü ərazidən 17 kasetli bomba TAPILDI

Yevlaxda daha bir neçə kasetli bomba tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Yevlax rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =