Yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi – TORPAQ DAVASI-Video

Yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi – TORPAQ DAVASI-Video

Biləsuvarda qohumlar arasında, torpaq üstündə düşən mübahisə, sonda qətllə nəticələnib.

Rayonun Çinarlı kənd sakinləri, olan yeznə-qayın torpaq icarəsi üstündə uzun müddət davam edən mübahisəni həll edə bilməyiblər. 51 yaşı Ələsgər Abdullayev hər il qaynı 48 yaşlı Cavid Həmidovdan icarəyə torpaq götürüb. Qohum sayıldıqları üçün icarə ilə bağlı aralarında hər hansı rəsmiləşdirməyə ehtiyac bilməyiblər.

Bu il daha böyük məbləğə torpaq sahəsini başqasına icarəyə vermək istəyən Cavidin hərəkəti mübahisə predmetinə çevrilib. Cavid dəfələrlə torpaq sahəsini geri qaytarmağı tələb edib. Ələsgər isə 10 ildir ki, bu torpağı mövsümü olaraq əkdiyini bildirib və torpaq sahəsinin sənədini geri qaytarmaqdan imtina edib. Nəhayət, Cavid torpaq sahələri olan ərazidə mübahisəni həll etmək qərarına gəlib. Kənd sakinlərinin dediyinə görə, Ələsgər motosikletlə torpaq sahəsinə gedərkən Cavid qəfil onun qarşısına çıxıb. Aralarında yaranan növbəti mübahisədən hiddətlənən Cavid, onu qətlə yetirib.

Kənd sakinlərinin onların sözlərinə görə, Cavid Əsgəri öldürdükdən sonra qulağını kəsərək sahəyə atıb.

Ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alan Ələsgər xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum 3 uşaq atası idi. Bir övladı isə hərbi xidmətdədir. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + sixteen =