Yoldan çıxaraq aşan avtobusun sürücüsü danışdı: Arvadla kişi… – VİDEO

Yoldan çıxaraq aşan avtobusun sürücüsü danışdı: Arvadla kişi… – VİDEO

Bakı-Ələt yolunda baş verən ağır avtobus qəzasının detalları üzə çıxıb.

BAKU.WS xəbər verir ki, həmin vaxtı içərisi sərnişinlə dolu aşan 164 saylı avtobusun sürücüsü hadisə ilə bağlı ”Xəzər Xəbər”ə danışıb. Sürücü Razim Məmmədov iddia edir ki, hadisəyə səbəb piyadaların qəfil onun qarşısına çıxması olub.

Yol kənarına sürüşən avtobus aşıb və nəticədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə zamanı ölüm qeydə alınmayıb.

Xəsarət alan 23 nəfərin 18-i dünən evə buraxılıb. 5 nəfərin isə müalicəsi davam etdirilir. 164 saylı marşrut xəttinin müvəqqəti aid olduğu daşıyıcı şirkətin rəsmisi bildirir ki, qəzada xəsarət alanların zərərlərini sığorta şirkəti qarşılayacaq.

Yaralıların vəziyyətinə gəldikdə isə TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, qurumun tabeliyindəki tibb müəssisələrində 5 nəfərin müalicəsinə davam edilir.

Qeyd edək ki, hadisə Baki-Qazax yolunun 26-cı km-də qeydə alınıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 5 =