Yolsuz qalan Bayıl qəsəbə sakinləri – Onların dərdini eşidən yoxdur

Yolsuz qalan Bayıl qəsəbə sakinləri – Onların dərdini eşidən yoxdur

Bakının Səbail rayonun Bayıl qəsəbəsinin 6-cı mədən ərazisindəki Arif İsmayılov küçəsi yaşayan sakinlərin illərdir yol dərdi davam edir.

“Ölkə.Az” xəbər verir ki, Qaz zavodunun qarşısında, Su İdman Sarayının arxa tərəfindəki yerləşən bu məhəllənin yolu yoxdur desək daha düzgün olar.

Yayda toz-torpaqdan, qışda da palçıqdan keçilməz olan bu yerdə sakinlər olduqca əziyyət çəkirlər.

Yolun təmir edilməsi üçün aidiyyatı qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, hələ də bir addım atılmayıb.

Çarəsiz qalan qəsəbə sakinləri yaxın zamanlarda yolun düzəldiləcəyinə ümidvardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + thirteen =