“Yota” qasırğası ikinci dərəcəyə qədər güclənib

“Yota” qasırğası ikinci dərəcəyə qədər güclənib

Birinci dərəcəli “Yota” qasırğası ikinci dərəcəyə qədər güclənib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, qasırğa daxilində küləyin sürəti saniyədə 44,7 metrə çatır. Hazırda siklon Karib dənizində Providensiya adasından 175 kilometr şərqdədi.

Bildirilir ki, qasırğa saniyədə 4 metr sürətlə qərb istiqamətində hərəkət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =