“YouTube” da Trampın hesabını dondurub

“YouTube” da Trampın hesabını dondurub

“YouTube” videohostinq platformasının administrasiyası ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını müvəqqəti dondurub.

İnterAz-ın xəbərinə görə, bu barədə “Axios” portalı “YouTube” administrasiyasına istinadən xəbər yayıb.

Bildirilib ki, ötən gün “YouTube” D. Trampın hesabındakı sonuncu videonu silib, eyni zamanda, yeddi gün müddətində video yerləşdirmək və onlayn translyasiya imkanlarını məhdudlaşdırıb.

Davamlı şiddət ehtimalına dair narahatlıqlar nəzərə alınaraq bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl “Facebook”, “Twitter” və “Instagram” D. Trampın hesabını dondurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 13 =