“Youtube”un işində nasazlıq yaranıb
Dünyanın bir sıra ölkələrində “YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.
Bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.
Ən çox şikayət ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Yaponiyadan daxil olur.
Xidmətin istifadəçiləri (52%) daha çox saytla bağlı problemlərin yaranmasından şikayət edirlər.
İstifadəçilərin 29%-i videoya baxmaqda çətinlik çəkir, digər 19% isə hesablarına daxil ola bilmir.
Report