Yunan-Roma güləşi üzrə gənclər arasında Asiya çempionatı: İranlı güləşçilər ilk gündə 3 qızıl, 2 bürünc medal qazandı

İranlı güləşçilər Yunan-Roma güləşi üzrə gənclər arasında Asiya çempionatının ilk günündə 3 qızıl, 2 bürünc medal əldə edib.
Turnirin ilk günü Qırğızıstanın Bişkek şəhərində 5 çəki dərəcəsində keçirilən yarışlarda İran komandası parlaq nəticə əldə edib.
Qızıl medal qazananlar:
Peyam Əhmədi – 55 kq
Əhura Bueyri – 77 kq
Əbulfəzl Fəthi – 130 kq
Bürünc medal qazananlar:
Məhəmmədcavad Əbutalibi – 63 kq
Həmidrza Kəştkar – 87 kq