Yunanıstan klubunda üsyan: Azərbaycanlı hakimlərin…

Yunanıstan klubunda üsyan: Azərbaycanlı hakimlərin…

“Volos” komandası “Panatinaikos”a 0:3 hesabı ilə uduzduqları Yunanıstan Kubokunun 1/8 final oyunundan sonra bəyanat yayıb.

Publika.az xəbər verir ki, klub məğlubiyyətdə görüşün hakimlərini günahlandırıb. Bildirilib ki, kubok matçında yeni qaydalar icad edən Manuços və Diamantopulosun (hər ikisi hakimdir) möhürü var:

“Onlara xatırlatmaq istərdik ki, VAR sistemi yalnız penalti, ofsayd və qırmızı vərəqəyə müdaxilə edə bilər. Azərbaycandan və Cibutidən olan hakimlərin ölkəmizə gəlməsinə nail olan yunan referilərini bir daha təbrik edirik”.

Qeyd edək ki, Yunanıstan futbolundakı hakim qalmaqalları səbəbilə son mövsümlər ərzində Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası bu ölkədəki bir sıra futbol oyunlarını idarə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 7 =