Yunanıstan sahillərində göyərtəsində 237 nəfərin olduğu gəmi yanıb

Yunanıstan sahillərində göyərtəsində 237 nəfərin olduğu gəmi yanıb

İon dənizinin Yunanıstan sahillərində İtaliyaya məxsus, 237 sərnişin və 50-dən çox ekipaj üzvünü daşıyan kruiz gəmisi yanıb.

“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” liman rəhbərliyinə istinadən xəbər verir.

“Euroferry Olympia” gəmisi Yunanıstanın İqumenisa və İtaliyanın Brindisi şəhərləri arasında üzürdü.

Qəzanın baş verdiyi gəmiyə üç patrul qayığı və üç sahil mühafizə yedək gəmisi göndərilib. Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.  

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =