“Yunis” qasırğası Avropanı cənginə aldı: ÇOX SAYDA ÖLƏNLƏR VAR
Qərbi Avropada “Yunis” qasırğası nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyada ağacların aşması və digər qəzalar 4 nəfərin ölümünə səbəb olub.
Haaqada zəng qülləsinin uçması təhlükəsi ilə əlaqədar onlarla ev təxliyə edilib.
Almaniyada avtomobilinin üzərinə ağac aşması nəticəsində sürücü ölüb.
İrlandiyanın cənub-şərqində isə 60 yaşlı kişi dünyasını dəyişib.
Qasırğa Böyük Britaniyada 3 nəfərin, Belçikada 1 nəfərin ölümünə səbəb olub.