“Yuventus” klubu B Seriyasına göndərilə bilər

“Yuventus” klubu B Seriyasına göndərilə bilər

Maliyyə pozuntularına yol verməkdə ittiham olunan İtaliyanın “Yuventus” klubu ciddi sanksiyalarla üzləşə bilər.

Turin təmsilçisinin günahı sübuta yetirilsə, komandanın 2019/2020 mövsümündə qazandığı çempionluğu əlindən alınacaq.

Bundan başqa, “Qoca Sinyora”nın B Seriyasına göndərilmə təhlükəsi də var.

Qeyd edək ki, “Yuventus” rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq üçün klubun baş ofisində axtarış aparıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 4 =