Yuxuya gedərkən “yıxılma hissi”nin gözlənilməz səbəbi açıqlanıb

Yuxuya gedərkən “yıxılma hissi”nin gözlənilməz səbəbi açıqlanıb

Yuxuya gedərkən yaşanan “yıxılma hissi” və bədəndə qəfil sarsıntılar kofein, nikotin istifadəsi və streslə əlaqəli ola bilər. Lakin bu, yeganə səbəb deyil. Bəzi antidepressantlar, xüsusilə SSRI (seçici serotonin gerialım inhibitorları) qrupuna daxil olan dərmanlar da bu halın yaranmasına səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İmam Məhəmməd bin Səud adına İslam Universitetinin alimləri açıqlama veriblər. Tədqiqatın nəticələri “Cureus” adlı elmi jurnalda dərc olunub.

Mütəxəssislərin bildirdiyinə görə, bu vəziyyət “hipnotik sarsıntı” adlanır və adətən zərərsiz olur. Lakin bəzi hallarda bu hal yuxusuzluq, stres və narahatlıq səviyyəsini artıra bilər. Alimlər hesab edirlər ki, SSRI tərkibli dərmanlar beynin kimyəvi tarazlığını dəyişdirdiyindən bu cür reaksiyalara səbəb ola bilir.

Tədqiqatçılar bildirirlər ki, həkimlər bu yan təsirləri nəzərə alaraq pasiyentlərə düzgün dozada dərman təyin etməlidirlər.

Qeyd edək ki, SSRI üçüncü nəsil antidepressantların farmakoterapevtik qrupuna aiddir və əsasən təşviş pozuntuları ilə depressiyanın müalicəsində istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 16 =