Yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazında Məscidül-Əqsada möhtəşəm iştirakı+Foto

Yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazında Məscidül-Əqsada möhtəşəm iştirakı+Foto

Qüds İslam Vəqfi İdarəsi yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazında Məscidül-Əqsada möhtəşəm şəkildə iştirak etdiyini açıqlayıb.

Qüds İslam Vəqfi İdarəsi Fələstində mübarək ayın ilk cümə gününə təsadüf edən bu gün (24 mart, cümə) elan edib ki, sionist rejimin bütün sərt qanunlarına baxmayaraq, 100 min müsəlman ibadət etmək üçün Məscidül-Əqsaya gəlib. Ramazan ayının ilk cümə namazı bu məscidin həyətində möhtəşəm şəkildə təşkil olunub.

Bu gün səhər saatlarından etibarən sionist rejimin məhdudiyyət və sərtliklərinin güclənməsinə baxmayaraq, Əl-Əqsa məscidi müqəddəs Ramazan ayının ilk cümə namazını qılmaq üçün Qüdsə gələn müsəlmanlarla dolu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =