Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli: Norveçdən mühəndislik möcüzəsi

Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli: Norveçdən mühəndislik möcüzəsi

Füsunkar fyordları və qabaqcıl mühəndislik həlləri ilə tanınan Norveç dünyanın ən uzun sualtı avtomobil tunellərindən birinin inşasına başlayıb.

Bu barədə “The Daily Telegraph” xəbər yayıb.

Bildirilir ki, uzunluğu 26,5 km olacaq Boknafyord tuneli suyun altında bir neçə yüz metr dərinlikdə yerləşəcək.

Bu möhtəşəm yol qurğusu hazırda bərə xidməti göstərilən Randaberq və Bukn rayonlarını birləşdirəcək.

Qeyd edilir ki, sürücülər artıq hava şəraitindən asılı olmayacaqlar, çünki əlverişsiz havada bərə xidməti tez-tez dayandırılır. Dörd zolaqlı tunel birbaşa qaya süxurunda qazılır. Buradan keçid cəmi 35 dəqiqə çəkəcək və təxminən 38 dollar məbləğində olacaq.

Bu möhtəşəm mühəndislik layihəsinin ümumi dəyəri 2 milyard dollardan çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =