Zəhərli kran: Bir toxunuşla həyatınızdan ola bilərsiniz – FOTO

Dünyanın ən təhlükəli kranı Ukrayna meşələrində – məşhur radioaktiv bölgədən kilometrlərlə uzaqda yerləşir.
Mütəxəssislərin dediyinə görə, o, ərazidə nüvə radiasiyası ilə çirklənmiş obyektlərdən biridir. Ona görə də əhaliyə ona toxunmamaq barədə xəbərdarlıq edilib.
Ukraynanın Çernobıl vilayətində 1986-cı ildə baş verən nüvə partlayışından sonra yaşayış üçün yararsız hala düşən meşədə radioaktiv maddə ilə örtülən kran 38 ildir ki, çürüməyə məhkum edilib. Sözügedən kranı 2019-cu ildə Ukraynanın Pripyat şəhərinə səfər edən avstraliyalı arxeoloq Rob Maksvell tapıb.
