Zəlzələ cərrahiyyəni dayandıra bilmədi: Həkimlər qəhrəmanlıq göstərdi – Video

Zəlzələ cərrahiyyəni dayandıra bilmədi: Həkimlər qəhrəmanlıq göstərdi – Video

Kamçatka yarımadasında qeydə alınan 8.8 bal gücündə güclü zəlzələyə baxmayaraq, onkoloji dispanserin cərrahları əməliyyatı dayandırmadan uğurla davam etdiriblər. Bu zəlzələ, müşahidələrin instrumental dövründə qeydə alınmış ən güclü yeraltı təkan kimi tarixə düşüb.

Zəlzələnin baş verdiyi anda cərrahlar həyati əhəmiyyət daşıyan əməliyyatla məşğul idilər. Sarsıntılara baxmayaraq, tibbi heyət peşəkarlıq və soyuqqanlılıq nümayiş etdirərək əməliyyatı yarımçıq qoymayıb. Rəsmi məlumata əsasən, xəstənin vəziyyəti stabildir və həyatına heç bir təhlükə yoxdur.

Hadisə ilə bağlı rəsmi dairələr cərrahları və tibb işçilərini yüksək peşəkarlığa və fədakarlığa görə dövlət mükafatına təqdim edəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =