Zəlzələdə dağılan binanın podratçısı hava limanında SAXLANILDI

Zəlzələdə dağılan binanın podratçısı hava limanında SAXLANILDI

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd edək ki, Hatayın Antakya rayonunda İnönü Bulvarında 2013-cü ildə tamamlandığı bildirilən 250 mənzilli 12 mərtəbəli “Rönesans Rezidans” Kahramanmaraş mərkəzli 7,7 bal gücündə zəlzələ nəticəsində dağılıb.

Layihənin dağıntıları havadan pilotsuz təyyarə ilə görüntülənib. Həmin kadrlarda zəlzələ zamanı tikilinin hovuzunun yerləşdiyi əraziyə doğru aşdığı və küçədəki digər binaya ziyan dəydiyi əks olunur.

Təxminən 1000 nəfərin yaşadığı təxmin edilən binada dağıntılar altında çoxlu adamın qaldığı bildirilib.

Axtarış-xilasetmə qrupları əraziyə çatarkən məlum olub ki, tikinti şirkəti 2013-cü ildə binaların fotolarını sosial şəbəkədə “Cənnətdən bir parça -“Rönesans Rezidans”” qeydi ilə paylaşıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 11 =