Zəngəzurda sərhəd demarkasiya olunub? – Erməni KİV sənəd yayır

Zəngəzurda sərhəd demarkasiya olunub? – Erməni KİV sənəd yayır



Publika.az 
xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr qeyd edir ki, Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesinə hazırlıqdan danışsa da, əslində Zəngəzur bölgəsində sərhəd xətləri müəyyənləşdirilib.

“Bu, 2020-ci ilin dekabrında Azərbaycanla imzalanan memorandumla həyata keçirilib”, – nəşr yazır.

Azərbaycan və Ermənistan arasında belə bir memorandumun olduğu rəsmi şəkildə təsdiqlənməyib. Bu haqda iddianı Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan ötən ilin noyabr ayında ortaya atıb. Ermənistan hökuməti isə bu iddianı təsdiq etmədiyi kimi, təkzib də etməyib.

Nəşrin iddiasına görə, Gorusdan Mehriyə qədərki sərhəddə delimitasiya və demarkasiya işləri tamamlanıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 4 =