Zəngilana növbəti köç: GERİ DÖNÜŞ HƏYƏCANI DAVAM EDİR-VİDEO
Zəngilanın Ağalı kəndinə daha 10 ailə köçürülüb. Onlar 29 ildir ki, həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşayıb. Ən maraqlı məqam isə yola salınanlar arasında 3,5,10 yaşlı uşaqların bu anı səbirsizliklə gözləmələri olub. Bax elə bu balaca müsahibimiz kimi. Heç təsəvvürü belə olmadığı dədə-baba yurduna ilk dəfə olaraq ayaq basacaq. Deyir ki, Zəngilana alnı açıq üzü ağ girəcəyəm. Çünki oranı mənim atam alıb.
10 ailənin üzvü olan 48 nəfər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Yolasalma prosesi 4 mərhələdən ibarətdir. Növbəti mərhələdə daha 11 ailə Ağalı kəndinə yola salınacaq.
Qeyd edək ki, Zəngilanın Ağalı kəndinə ilk köç iyul ayının 19-da reallaşıb. İyul ayının 23 və 25-də növbəti ailələr Ağalı kəndinə yola salınacaqlar. Beləliklə də Zəngilana köçürülən sakinlərin sayı 200-ə çatacaq.
Apa.az