Zəngilanda 400 mindən çox ağac əkiləcək

Zəngilanda 400 mindən çox ağac əkiləcək

“Yaz ağac əkini mövsümünə 9 martda Zəngilan rayonundan start veriləcək”. 

Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. O bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək:

“Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 mindən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =