Zərgərlik dükanının divarını dəlib 23 kiloqram qızıl oğurladılar

Zərgərlik dükanının divarını dəlib 23 kiloqram qızıl oğurladılar

Türkiyənin Ərzurum vilayətinin Yakutiye rayonunda zərgərlik mağazasından 23 kiloqram qızıl oğurlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəli və ya şübhəlilər 64 yaşlı Gürbüz Payverənə məxsus zərgərlik mağazasının divarını qazma və kəsici alətlə sındıraraq içəri daxil olublar.

Məlumata görə, tarixi Taşmağazalar məhəlləsində zərgər işləyən Gürbüz Payveren dünən səhər saatlarında mağazasına gedərkən elektrik panjurunu aça bilmədiyi üçün ustaya zəng edib. Daha sonra dükan sahibi işığın içəridən kəsildiyini və iş yerinin qarət edildiyini görüb.

Polis müəyyən edib ki, mağazanın divarı deşilib, 23 kilo qızılın oğurlanıb və təhlükəsizlik kamerası ilə səsyazma cihazı da götürülüb. Hazırda polus şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 5 =