Zahir Əkbər: `Taliban Əhməd Məsudu qətlə yetirəcək`
Əfqanıstanın Tacikistandakı keçmiş səfiri Məhəmməd Zahir Əkbər Pəncşir Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudla bağlı fikir söyləyib.
Bu barədə RT məlumat yayıb.
Onun sözlərinə görə, Taliban hərəkatı Əhməd Məsudu aradan götürmək niyyətindədir.
“Talibabn heç vaxt müqavimətlə heç bir danışıqlara getməyəcək. Onlar siyasətçi deyil, terrorçudurlar. Üç il əvvəl onlar dünyanın əksər ölkələrində qadağan olunmuş təşkilatlar siyahısında idilər. Taliblərin məqsədi bütün Əfqanıstanı diz üstə çökdürməkdir”, – deyə, səfir vurğulayb.
Qeyd edək ki, son bir neçə gün ərzində Əfqanıstanın Pəncşir əyalətində Taliban hərəkatı ilə müqavimət cəbhəsi arasında ağır döyüşlər gedir.
Faktxeber