Zakir Həsənov dənizçilərimizin hazırlığını yoxladı – VİDEO

Zakir Həsənov dənizçilərimizin hazırlığını yoxladı – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.

Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərimizə uğurlar arzulayıb və ölkəmizi layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib.

Sonra müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.

G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Sonda HDQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub

Mod.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =