Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib

Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib

Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib.

Zaporojye vilayətinin rəhbəri Balitski Ukrayna ordusunun şəhəri atəşə tutmasından sonra Zaporojye AES-in soyutma sistemləri qurğusunda yanğın baş verdiyini bildirib.

Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib
  • “Hazırda stansiyanın 6 enerji blokunun hamısı soyuq vəziyyətdə dayanıb. Buxar partlayışı və ya digər fəsadlarla bağlı təhlükə yoxdur. Atom elektrik stansiyası və Enerqodar şəhəri ətrafında radiasiya normaldır.”, – deyə o bildirib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir və yanğınlar söndürülür.

Ukrayna prezidenti Vladimir Zelenski Zaporojya AES-də baş verən yanğında Rusiyanı günahlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =