Zavodda 5 nəfər ölüb

Zavodda 5 nəfər ölüb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi şirkətinin zavodunda faciə baş verib. Təmir işləri zamanı 5 nəfər həlak olub.

İyunun 3-də saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənərək həyatını itirib. Bu barədə şirkət məlumat yayıb.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcəyi deyilir.

Faktla bağlı səhlənkarlıq ittihamı əsasında cinayət işi başlanıb.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =